Haqqımızda
 

“Şam-Fi” MMC 1994-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir. Belə ki, şirkətimiz 2000-ci ildən etibarən pərakəndə satış yəni supermarket sektoruna addım atmışdır. Hal-hazırda Bakı  şəhərində “Grandmart” mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərən 4 müasir “Grandmart” və  1 tam yeni formatlı “Grandmart plus” mağazaları Azərbaycan istehlakçısının xidmətindədir.

  1. Cəfər Xəndan küçəsi 26/1
  2. Mirəli Qaşqay küçəsi 28
  3. Bəhruz Nuriyev  küçəsi 20/116
  4. İsmayıl Qutqaşınlı küçəsi 507-5011
  5. Qara Qarayev prospekti 46
  6. Mərdəkan şossesi, "Binə Atçılıq Mərkəzi" ilə üzbəüz

Məqsədimiz Azərbaycan istehlakçısını daha keyfiyyətli məhsullarla təmin edə bilmək, yüksək səviyyəli xidmət göstərən müasir, dünyavi ticarət şirkətinə formalaşdırmaq və hər zaman təkmilləşdirməkdir. Bu səbəbdənda şirkətin 2013-cü il planları təsdiq edilərkən yeni 10 000 kvm-lik müasir infrastruktura malik anbarın, 1000 kvm-lik müasir inzibati binanın  yaradılması,  yeni “Grandmart” mağazasının açılaraq istehlakçıların xidmətinə təhvil verilməsi və istehsal sahəsinə başlaması kimi qərarlar qəbul edilmişdir.

2014-cü ilin planında il ərzində mağaza sayını  artırıb,  müştərilərimizə keyfiyyətli xidmət  göstərməyə davam etməkdir.